Şamaxı şəhərinin mərkəzinin yenidən qurulması üçün aldığımız sorğuya uyğun olaraq hazırladığımız layihəni təqdim edirik.
05 Jul 2019
Alman səyyahı Adam Olearinin 1656-cı ilə aid oymasında Şamaxı şəhərinin mərkəzində qüllə təsvir edilir. Komandamız müşahidə göyərtəsi olan analoji qüllənin yenidən yaradılmasını təklif edir. Bu qüllə Şamaxı şəhərinin mərkəzində inşa edilə və qədim şəhərimizin yeni simvolu ola bilər.
Qüllə şəhər sakinləri və qonaqları üçün yeni cazibə nöqtəsinə çevriləcək və ətrafında müxtəlif turizm bizneslərini (turizm agentlikləri, restoran və kafelər, suvenir mağazaları və s.) cəmləşdirəcəkdir. Qüllə yaxınlığındakı ictimai məkan yeni iş yerlərinin açılmasına və xidmət sektorunun inkişafına xidmət edəcək.
Müşahidə meydançasına aparan pilləkan isə şəhərin və qədim Şirvan tarixindən bəhs edən ekspozisiyaların qoyulduğu səviyyələrdən keçir.