GoSport-la addım-addım irəli
15 Apr 2021
Gün keçdikcə daha da rəqəmsallaşan dünyada artıq geyimlərimizi belə internet vasitəsi ilə seçirik. Belə olan halda rəqəmsal kommunikasiya GoSport üçün prioritet məsələlərdən birinə çevrildi. Rəqəmsal kommunikasiya dedikdə biz təkcə imic yönümlü marka tanıtımı deyil, həm də rəqəmsal mağaza anlayışını nəzərdə tuturuq. Vitrində hər ay yeni məhsul görmək istəyən GoSport alıcıları üçün rəqəmsal sahədə də eyni qanun keçərlidir. Bunu nəzərə alaraq biz öz rəqəmsal kontent vitrinimizi tez-tez yenilədik və markanın vaxtaşırı dəyişən kampaniya tələblərinə çevik reaksiya verdik.