Azərbaycan Dövlət Reklam Agentliyi ilə birgə rəqəmsal planlama xəritəsi cızdıq
15 Apr 2021
Dəyişən rəqəmsal ehtiyaclar dövlət sektorunda fəaliyyət göstərən qurumların da rəqəmsal vərdişlərə yiyələnməsinə şərait yaratdı. Bu ehtiyaclara çevik reaksiya vermək üçün Azərbaycan Dövlət Reklam Agentliyi ilə birgə yeni bir rəqəmsal planlama xəritəsi cızdıq. Vətəndaşların reklam haqqında qanunlar üzrə maariflənməsi, habelə yaranan sual və təkliflərin sürətli şəkildə aidiyyatı quruma ötürülməsi üçün rəqəmsal platformalardan istifadə etdik. Birgə addımladığımız bu yolda əsas qayəmiz vətəndaşların maariflənməsini həyata keçirmək və ADRA ilə vətəndaşlar arasında körpü olmaq idi.