Bakı, Vladislav Plotnikov küçəsi 14

agency@safaroff.com

(+994 55) 505 51 10

Azərbaycan Respublikasının Ali Məhkəməsi

Azərbaycan Respublikasının Ali Məhkəməsi — ölkənin hüquq sistemində ən yüksək instansiya olan müstəqil məhkəmə orqanıdır. Sayt, vətəndaşlara, hüquqşünaslardakı peşəkarlar və digər maraqlı tərəflərə məhkəmənin fəaliyyəti, qəbul etdiyi qərarlar və hüquq sahəsindəki yeniliklər barədə ətraflı məlumat təqdim edir. Ali Məhkəmə, ədalətin təmini və qanunun aliliyini qorumaq üçün Azərbaycanın hüquqi sistemində mühüm rol oynayır.

dövlət vebsayt

20 Aug 2023

  • 200+ səhifə sayı
  • 10+ işçi sayı
  • 3 ay layihə müddəti

HAQQINDA

Ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki, cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi üçün sadə, intuitiv interfeysdə dizayn etdiyimiz sayt istifadəçilərə tələb olunan məlumatı tez və asanlıqla əldə etmələrinə imkan verir. Saytın dizaynında istifadə olunan rənglər, tipoqrafiya və tərtibatlar oxunaqlılıq və vizual harmoniya üçün diqqətlə seçilmişdir. Nəticədə, tərtib etdiyimiz sayt istifadəçilərə Ali Məhkəmənin xidmətlərindən maksimum yararlanmaq üçün rahatlıq və istifadəyə yönəlmiş bir yanaşma tətbiq edir. Maarifləndirmə, məlumatlandırma xarakteri daşıyan portal vasitəsilə ziyarətçilər qanunvericilik müddəaları ilə birbaşa tanış ola, mütəmadi yeniliklərdən xəbər tuta biləcəklər. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi saytı Azərbaycan tarixi, atributları, əhali statistikası haqqında geniş və ətraflı informasiya ilə zəngindir.

Digər layihələr