Standartlaşdırma və vahid modul yanaşması ilə həm vaxta, həm də xərclərə qənaət.
03 Feb 2021
Bir çox dövlət saytının bir-birindən fərqli modulda hazırlanması həm istifadəçiləri çaşdırır, həm də saytların hazırlanması üçün nəzərdə tutulan vaxtı və xərcləri artırır. Safaroff Agency bu problemə fərqli bucaqdan baxaraq yeni həll yolu tətbiq edir: Vahid və standart qaydalar istənilən sferada bütöv bir ekosistem yaratmağa kömək edir. Hazırda dövlət qurumları üçün saytların hazırlanma prosesində bu prinsipdən istifadə edirik: Standartlaşdırma və vahid modul yanaşması.
Beləliklə həm vaxta, həm də xərclərə qənaət etmək mümkündür. Üstəlik, bu halda hər dövlət qurumu üçün rəqəmsal identifikasiya yaranır və saytdan istifadə edən vətəndaşların işi asanlaşdırır.