Sistem vətəndaşların müraciətlərinin qəbulu, cavablandırılması, həyata keçirilməsi və ümumi işin prosesini sürətləndirmək üçün nəzərdə tutulub.
22 Feb 2021
Heydər Əliyev Fondu üçün müraciətlərin emal sistemi hazırlanması nəzərdə tutulur. Sistem vətəndaşların müraciətlərinin qəbulu, cavablandırılması, həyata keçirilməsi və ümumi işin prosesini sürətləndirmək üçün nəzərdə tutulub. Yeni müraciətləri qeydiyyata almaq, müraciətlərin statistikasını əldə etmək, detallı hesabatlar və ümumi işin gedişatına sistem sayəsində nəzarət etmək mümkün olacaq.
İstifadə təyinatı:
Müraciətlərin emal sistemi daxil olmuş müraciətlərin rəqəmsal platforma üzərindən emal etmək məqsədi daşıyır.
Funksional təyinat:
Müraciətlərin emal sistemi daxilində daxil olmuş vətəndaş müraciətləri ilə parallel olaraq, eyni zamanda operatorların işinə nəzarət və qoyulmuş tapşırıqların vaxtında yerinə yetirilməsi, istənilən müraciətə dair status haqqında məlumat əldə etmək imkanı olmalıdır.