Baku, Vladislav Plotnikov street 14

agency@safaroff.com

(+994 55) 505 51 10

Reputation management: the subsurface part of the iceberg

Bizim bazar üçün “reputasiyanın idarə edilməsi” anlayışı hələ dəqiq müəyyən edilmiş sərhədləri əldə etməyib. Vəziyyət əlbəttə ki, tədricən yaxşılaşır, lakin bazarda hələ də anlayışların dəyişməsinə rast gəlinir. Bu da başa düşüləndir: marketinqi dəbli bir qablaşdırmada satmaq həvəsi böyükdür. Reputasiyanın idarə olunmasının harada başa çatdığını və qalan hər şeyin başladığını anlamağa çalışaq. Şirkətlərin əksəriyyətində brendin reputasiyası baxımından hər şey yaxşıdır. Problemlər, mənfi rəylər və ya məqalələr səbəbindən yaranır: onlar auditoriyanın ilk alış-verişə cəlb edilməsinə mane olur, mövcud alıcıların xaric edilməsini stimullaşdırır və ya rekrutinqi çətinləşdirir. Lakin burada da hər şey heç də sadə deyil. Həm müştərilərin, həm işgüzar tərəfdaşların sayı, həm də bütövlükdə biznesin uğurlu olması şirkətin reputasiyasına bağlıdır. Bu gün reputasiyanın inamla idarə edilməsinə müxtəlif effektiv texnologiyalar və strategiyalar imkan verir, onlardan biri də – reputasiyanın idarə edilməsidir.

 

Reputasiyanın idarə edilməsi– şirkətin imicinin yaradılmasına, saxlanmasına və nəzarətinə yönəlmiş metod və yanaşmaların məcmusudur. Bu, uzunmüddətli prosesdir və onun əsas məqsədi, reputasiyanın kortəbii formalaşmasına imkan verməməkdir. Buna görə də, təşkilatın düzgün mövqeləndirilməsinə, onun informasiya məkanının idarə edilməsinə, uğurların vurğulanmasına və təhdidlərin aradan qaldırılmasına diqqət yetirilir.

 

Dünyada, qlobal brendlərin biznesdə bir sıra səhvlər törətdikləri yüzlərlə hadisə var. Xoşbəxtlikdən, brendlər qüsursuz kommunikasiya strategiyası ilə tez bir zamanda reaksiya verdilər və həm göstəricilərini yaxşılaşdırmaqla, həm də müştəri loyallığını itirməməklə vəziyyəti düzəltdilər. Bizim bazarda isə yaxın keçmişdə tanınmış françayz-fast food restoranları arasında bir hadisə baş vermişdir. Hadisə bundan ibarət idi ki, yaxında baş vermiş Vətən Müharibəsi zamanı ölkənin ərazi bütövlüyünə dəstək olaraq paylaşımlar yerləşdirilmiş və sonra da silinmişdir. Bu da, sosial şəbəkələrdə qalmaqallarla və boykot çağırışlarına səbəb olmuşdur. Vəziyyətin təhlili göstərir ki, bizneslər tənqid atəşinə düzgün reaksiya vermədilər, bəziləri isə susmağı tərcih etdilər ki, bu da bizim fikrimizcə, onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırdı. Bunun nəticəsində gəlirin düşməsi və müştərilərin azalması müşahidə olundu.

 

Sıfırdan başlayan yeni bir iş, yaxşı bir ünü qorumağa çalışan məşhur bir brend olmağınızdan asılı olmayaraq, ya da mənfi rəylərlə imicini korlamış və onu bərpa etmək istəyirsinizsə, dəyərinizi artırmaq və tərəqqiyə nail olmaq üçün edə biləcəyiniz müəyyən tədbirlər var.

 

Reputasiyanın idarə edilməsi üçün əsas, insanların sizin haqqında danışdıqlarını bilməkdir. Uğurlu yerlərinizi bilmək və potensial zəif yerləri tapmaq üçün, siz diqqətlə dinləməli və izləməlisiniz. Sosial şəbəkələrin monitorinqi təbii olaraq, ümumi mənzərənin böyük bir hissəsidir.
Brendin nüfuzunun idarə edilməsi ilə birlikdə tez-tez rast gəlinən əsas şərtlərdən biri şəffaflıqdır. Kim olduğunuz və bir biznes kimi inandığınız barəsində açıq və dürüst olmaq, xüsusilə informasiyanın sərbəst şəkildə hərəkət etdiyi və ictimai və xüsusi tədbirlər arasındakı maneələrin tez bir zamanda aradan qaldırıldığı bir dünyada güclü bir strategiyadır. Şəffaflıq mənfi halların idarə olunması üçün lazım olan hallarda xüsusilə effektivdir. Səhvlərə yol verən, standartları pozan və ya ziddiyyətlərlə üzləşən şirkətlər, problemlərə qarşı laqeyd olarkən və ya pis xəbərləri ört-basdır edərkən deyil, açıq və məsuliyyətli olarkən nəticələrin öhdəsindən daha yaxşı gəlirlər.

 

Reputasiyanın idarə edilməsi aşağıdakı problemləri həll etməyə imkan verir:

    •       istehlakçılar tərəfindən brendin qavrayışının qiymətləndirilməsi;

    •       brendin tanınması və istinad olunmasının artırılması;

    •       şirkətin nüfuzunun yaxşılaşdırılması;

    •       brendə loyal yanaşan istifadəçilər birliyinin yaradılması;

    •       auditoriyanın loyallığının dəstəklənməsi;

    •       mənfi hallara nəzarət və onların aradan qaldırılması;

    •       hədəf auditoriyanın nümayəndələri ilə əks əlaqənin saxlanması;

    •       təqdim olunan məhsul və ya xidmət haqqında mühüm məlumatların auditoriyaya çatdırılması.

 

Bizim agentliyimiz, reputasiyanın idarə olunması üzrə kompleks xidmətlər göstərir:

  • brendin xatırlatmalarının monitorinqi;
  • rəqiblərin aktivliyinin təhlili;
  • bloqlarda, sosial şəbəkələrdə, forumlarda, tematik portallarda və s. şərh və rəylərlə iş;
  • mənfi rəylərin aradan qaldırılması;
  • gizli marketinq kampaniyaları və s. üçün senarilərin hazırlanması.

 

Bizim fəaliyyətimizin uğuru, istedadlı mütəxəssislərdən ibarət komanda və biznesin müxtəlif seqmentlərində brendlərin nüfuzunun idarə edilməsi ilə bağlı təcrübə hesabına təmin olunur.

 

Şirkətlərin bir-biri ilə yalnız satış deyil, loyallıq uğrunda rəqabət apardıqları izdihamlı bazarda müştərilər etibar etdikləri brendlərə üstünlük verirlər.

 

 

Other blogs