Sadə, informativ və funksional
“Daşlı Bulaq” təbii filtrasiyalı süfrə suyunun mənbəyi Azərbaycan Respublikasının Kiçik Qafqaz dağları ərazisinin Gədəbəy bölgəsində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dağ zirvəsində yerləşir. Daşlı Bulaq üçün hazırladığımız veb-səhifədə məhsullarla yanaşı marka haqqında ətraflı məlumatlar qeyd edilib və markanın digər sosial media kanallarına keçidlər əlavə edilib. Əlavə edilən əlaqə mərkəzi ilə birlikdə www.dashlibulag.az saytı tam funksionaldır.