Növbəti layihəmiz olan "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu" üçün hazırladığımız veb-səhifəni təqdim edirik
27 Feb 2021
"AZPROMO" Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və buraya investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərmək üçün yaradılıb. Sayta əlavə etdiyimiz onlayn müraciət pəncərəsi vasitəsilə vətəndaşların ərizə, şikayət və təkliflərinin onlayn qaydada qəbulu nəzərdə tutulur.