Azərpoçt
“Azərpoçt” Azərbaycanın milli poçt operatorudur və məktub, bağlama, maliyyə və elektron xidmətlər təqdim edir. Ölkə üzrə geniş şöbə şəbəkəsi sayəsində həm vətəndaşlar, həm də bizneslər üçün rahat və əlçatan xidmətlər təmin olunur.
Safaroff Lab
məhsuludur
SAFAROFF AI
Öyrədilmiş Sİ bot ilə cavabı saniyələr içində alın
ADA University Library tələbə və tədqiqatçılar üçün geniş akademik və elmi resurslara çıxış təqdim edən müasir kitabxana mərkəzidir. Kitabxana rəqəmsal təhsil, elmi araşdırmalar və universitetin intellektual mühitinin inkişafını dəstəkləyir.
ADA Universiteti Kitabxanasının veb saytını daha istifadəçi yönümlü, aydın və funksional etmək məqsədilə başlanğıc mərhələdə tələbləri toplamaq və layihənin hədəfini müəyyən etmək.
Hədəf auditoriyanı və istifadəçi ehtiyaclarını analiz etdik, biznes və texniki tələbləri topladıq, rəqib saytları analiz etdik və layihə planını hazırladıq.
95% istifadəçi saytın naviqasiyasını asan və intuitiv hesab etdi. “Discovery” sistemindən resurs tapma vaxtı orta hesabla 2 dəqiqədən 20 saniyəyə düşdü. Saytın səhifə yükləmə müddəti desktopda 1,2 saniyə, mobil cihazlarda 1,5 saniyə oldu və səhifələrdə istifadəçi qarşılaşdığı çətinliklər 60% azaldıldı. Onlayn rezervasiya və hesab əməliyyatlarının istifadəsi %50 artdı. İlk ayda live buraxılışdan sonra sayt ziyarətçi sayı %35 artdı, axtarış sorğularının sayı isə %40 artdı.

İstifadəçi personası yaradaraq hədəf qrupların davranış və ehtiyaclarını öyrəndik. Sorğu və müsahibələr vasitəsilə real istifadəçilərin problemlərini və prioritetlərini topladıq. Bu analiz, layihənin bütün dizayn və funksional qərarlarını istifadəçi yönümlü etmək üçün əsas yaratdı. Nəticədə saytın UX-i hər bir istifadəçi qrupuna uyğunlaşdırıldı.
Wireframe və prototiplər vasitəsilə səhifələrin əsas quruluşunu və istifadəçi axınını vizuallaşdırdıq. İlk testlər nəticəsində istifadəçi qarşılaşa biləcək problemləri müəyyən etdik. Bu iterativ yanaşma ilə dizayn prosesinin erkən mərhələsində düzəlişlər etmək mümkün oldu və final dizayn üçün möhkəm baza yaratdı.
Prototiplər və dizayn sistemi vasitəsilə sayta vahid vizual stil verdik. Rəng palitrası, ikonlar, şriftlər və komponentlər müəyyənləşdirildi. Dizayn həm estetik, həm də funksional olaraq istifadəçilərin diqqətini çəkdi. Responsiv dizayn sayəsində sayt mobil və desktop cihazlarda eyni keyfiyyətdə istifadə oluna bildi.
Prototipləri real istifadəçilərlə test etdik. Qarışıqlıq və istifadəçi çətinlikləri qeyd olundu, dəyişikliklər tətbiq edildi. Iterativ test prosesi saytın istifadəsini daha intuitiv və səmərəli etdi. Hər dəyişiklik istifadəçi məmnuniyyətini artırmaq üçün prioritetləşdirildi.
“Azərpoçt” Azərbaycanın milli poçt operatorudur və məktub, bağlama, maliyyə və elektron xidmətlər təqdim edir. Ölkə üzrə geniş şöbə şəbəkəsi sayəsində həm vətəndaşlar, həm də bizneslər üçün rahat və əlçatan xidmətlər təmin olunur.
MilliÖN — rəqəmsal ödəniş xidmətləri təqdim edən platformadır. Bu sistem istifadəçilərə müxtəlif ödənişləri rahat və təhlükəsiz şəkildə həyata keçirmək imkanı verir, həmçinin biznes sahiblərinə əməliyyatlarını asanlaşdırmaq üçün innovativ həllər təqdim edir.
“İstehlakçı.az” Azərbaycan vətəndaşlarının istehlakçı hüquqları barədə məlumat alması və bu hüquqları qoruması üçün yaradılmış dövlət informasiya platformasıdır. Saytda malların qaytarılması, zəmanət, şikayət prosedurları və qanunvericiliklə bağlı faydalı məlumatlar təqdim olunur.