Notariat Palatası
Azərbaycan Notariat Palatası — notariat fəaliyyətini tənzimləyən və notariuslar üçün peşəkar standartları müəyyən edən qurumdur. Palata vətəndaşlara və hüquqi şəxslərə etibarlı notariat xidmətləri təqdim edir.
Safaroff Lab
məhsuludur
SAFAROFF AI
Öyrədilmiş Sİ bot ilə cavabı saniyələr içində alın
2025-ci ildən əməkdaşlıq etdiyimiz Qala Sığorta şirkəti Azərbaycanda fəaliyyət göstərən aparıcı sığorta şirkətlərindən biridir və həm fərdi, həm də korporativ müştərilər üçün müxtəlif sığorta həlləri təqdim edir.
Tapşırıq dizayn və inkişaf prosesində əsas fokus xidmətlərin aydın təqdimatı, sürətli istifadəçi axını və premium vizual təcrübə üzərində qurulmasıdır. Platforma həm korporativ imici gücləndirməli, həm də istifadəçilərin sığorta məhsullarına rahat şəkildə müraciət etməsinə imkan yaratmalıdır.
Qala Insurance üçün hazırlanan bu rəqəmsal həll müasir UI/UX yanaşması ilə istifadəçilərə sığorta xidmətlərinə sürətli, rahat və intuitiv şəkildə çıxış imkanı yaradır. Layihənin əsas məqsədi brendin etibarlılığını vizual olaraq gücləndirmək, xidmətlərin təqdimatını sadələşdirmək və istifadəçi dönüşümünü artırmaqdır.
Görülən işlərdən sonra müraciətlərin tamamlanma səviyyəsi artıb, yarımçıq formaların sayı azalıb və mobil cihazlardan daxil olan istifadəçilərin aktivliyi yüksəlib. Sadə struktur və optimallaşdırılmış müraciət axını nəticəsində ümumi istifadəçi təcrübəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Sığorta sektoru emosional olaraq “risk” və “təhlükəsizlik” üzərində qurulduğu üçün əsas UX strategiyası istifadəçidə ilk saniyələrdən etibar hissi yaratmaq olub. Sığorta məhsulları texniki və qarışıq olduğuna görə istifadəçi seçim zamanı tez yorulur. Buna görə bix məhsulları klassik “uzun mətn kataloqu” formasında deyil, kateqoriyalara ayrılmış vizual kartlar və qısa izahlarla təqdim edirik.
Sayt boyunca “online əldə et”, “müraciət et” və “ödəniş et” kimi əsas CTA elementləri strateji şəkildə yerləşdirildi və istifadəçinin qərar verdiyi nöqtələrdə vizual diqqət mərkəzləri formalaşdırıldı. Xidmət axınları maksimum sadələşdirilərək minimum addım prinsipi ilə quruldu ki, istifadəçi prosesi rahat və sürətli şəkildə tamamlaya bilsin. Tətbiq olunan UX yanaşması istifadəçini sadəcə saytı izləyən auditoriyadan aktiv müraciət edən və xidmət əldə edən istifadəçiyə çevirməyə fokuslanmışdı.
İnterfeysdə istifadə olunan kart əsaslı struktur, böyük başlıqlar, ikon dəstəyi və modul tipli bölmələr istifadəçiyə mürəkkəb sığorta xidmətlərini daha sadə formada qəbul etməyə kömək edirdi. Əsas keçid elementləri rəng və ölçü baxımından ön plana çıxarılaraq istifadəçinin diqqəti strateji nöqtələrə yönləndirildi.

Biz araşdırma mərhələsində müəyyən etdik ki, istifadəçilər sığorta saytlarında ən çox mürəkkəb terminologiya, uzun proseslər və etimad çatışmazlığı ilə qarşılaşırlar. Bu səbəbdən layihənin UI və UX strukturu klassik korporativ yanaşmadan fərqli olaraq “sadələşdirilmiş rəqəmsal sığorta təcrübəsi” prinsipi üzərində quruldu.
Mobil istifadənin üstünlük təşkil etdiyi nəzərə alınaraq platforma mobile-first prinsipi ilə hazırlanıb və bütün əsas funksiyalar mobil cihazlarda daha sürətli və rahat istifadə üçün uyğunlaşdırılıb. Eyni zamanda müştərilərin öz məhsullarını idarə edə bilməsi üçün şəxsi kabinet hazırlandı. Bu sayt, kabinet və mobil app olaraq Qala ekosistemini yaratdı.
Azərbaycan Notariat Palatası — notariat fəaliyyətini tənzimləyən və notariuslar üçün peşəkar standartları müəyyən edən qurumdur. Palata vətəndaşlara və hüquqi şəxslərə etibarlı notariat xidmətləri təqdim edir.
Duet Avto Azərbaycanda elektrik nəqliyyatı, qolf avtomobilləri, kvadrosikllər və xüsusi texnikanın aparıcı təchizatçılarından biridir. Şirkət müştərilərinə geniş məhsul seçimi, orijinal ehtiyat hissələri və peşəkar servis xidməti təqdim edir.
Mars Overseas Azərbaycanda içkilər, şirələr, qəlyanaltılar və digər qida məhsullarının istehsalı, distribusiyası və satışı ilə məşğul olan aparıcı FMCG şirkətlərindən biridir. Şirkət tanınmış beynəlxalq və yerli brendləri təmsil edərək yüksək keyfiyyətli məhsulları ölkə üzrə geniş təchizat şəbəkəsi vasitəsilə təqdim edir.