Bakı, Vladislav Plotnikov küçəsi 14

agency@safaroff.com

(+994 55) 505 51 10

Cocuq Mərcanlı Muzeyi 
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin filialı

Muzey əzəmətli tariximizi özündə yaşadır.

dövlət muzey

21 Sep 2021

  • 78 kv m sahəsi
  • 10 işçi sayı
  • 6 ay layihə müddəti

HAQQINDA

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi 1993-cü ildə işğal zamanı erməni vandalizminə məruz qalmışdır. Muzeyin direktoru T.Abbaslı şəxsi təşəbbüsü ilə erməni hücumları zamanı muzeyin eksponatlarını işğal altından çıxarmağa nail olmuşdur.

Hazırda fəaliyyətdə olan Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin Cocuq Mərcanlı filialında mühafizə olunan arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları, dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar ən dəyərli eksponatlardır.

Muzeydə həyata keçirilən son interyer və qrafik dizayn üzrə işlərin görüldüyü zallardan birində xalça və xalça məmulatları, müxtəlif etnoqrafik alətlər, fotolar, sənədlər və s. kimi eksponatlar sərgilənir. Zallardan birində isə şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotolar ekspozisiya edilir.

Həmçinin düşmən hücumları anında əraziyə atılan raket parçalarının nümayişi erməni barbarlığının bariz nümunəsidir.

Digər layihələr