Gəmi-muzeyi leçmişə səyahəti mümkün edir.
01 Mar 2021
“Suraxanı” Gəmi-Muzeyinin 10 ekspozisiya zalında Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri nümayiş olunur.
Gəmi-muzeyinə interyer və qrafik dizayn həlləri üzrə konsepsiya ideyası irəli sürülmüşdür.
“Suraxanı” Gəmi-Muzeyində mövcud unikal interaktivlər daim təkmilləşdirilir, eksponatlar sırasına yeniləri daxil edilir.
Muzeyin “Yanalma və lövbər əməliyyatları”, “Xəzərin ruhu”, “Gəmilər və Gəmiçilik”, “Naviqasiya və kommunikasiya” kimi zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə bir sıra innovativ yenilikərə imza atılıb. Muzeyin zalları artırılmış reallıq sistemləri, müasir interaktiv oyunlar, unikal 360 dərəcəlik ekran və digər müasir multimedia avadanlıqları ilə təmin olunmuşdur. Burada həmçinin dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var.