Muzey Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.
22 Oct 2022
Samovarlar qədim sənətkarlıq nümunəsi kimi Azərbaycanda bu peşənin inkişaf tarixini özündə əks etdirir.
“Şamaxı” İncəsənət-Muzeyinin tabeliyində olan “Samovar” Muzeyi üçün interyer və qrafik dizayn həlləri üzrə konsepsiya ideyası irəli sürülmüşdür. Burada Şamaxının müxtəlif bölgələrinə məxsus samovar kolleksiyasının ekspozisiyası nəzərdə tutulmuşdur. İstər əl əməyi ilə, istərsə də zavod istehsalı olan samovarlar muzeyin ən dəyərli eksponatlarıdır.
Muzeydə Şamaxının ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı və etnoqrafik nümunələri nümayiş olunacaq. Belə muzeylərin fəaliyyəti xalqımıza xas olan qədim ənənələri əks etdirmək, tarixi-mədəni irsi qoruyub saxlamaq və onu təbliğ etmək məqsədi daşıyır.
Muzeyin regional xarakter daşıyan ekspozisiyaları mövzu və tarixi ardıcıllıq baxımından zəngindir.