Hökumət Ödəniş Portalının qurulması zamanı qarşımıza qoyduğumuz əsas məqsəd böyük funksionallı portalın istifadəçilər üçün maksimum rahat olması idi.
Portal vasitəsilə mərkəzləşdirilmiş qaydada vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və başqa kütləvi xidmətlər üzrə ödənişlərin internet üzərindən ödəniş kartlarından, bank hesablarından istifadə edilməklə, həmçinin bankların və milli poçt operatorunun maliyyə xidməti nöqtələrində nağd qaydada toplanılması təmin edilmişdir. Hökumət Ödəniş Portalı üçün hazırladığımız gpp.az vebsaytı inteqrasiya olunmuş qurumlar üzrə ümumilikdə 523-dən çox xidmət, o cümlədən 400-dən artıq dövlət xidmətləri (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və s.) üzrə ödənişlər qəbul edir.
Layihə üzərində çalışan əməkdaşlarımız:
Layihə meneceri - Cəmilə
Məhsul meneceri - Cəmilə
Dizaynerlər - Ziya, Zaira, Ruslan
Front developer - Çingiz
Back-end developer - Sinam