Pasha Holding əməkdaşları üçün korporativ məlumat mübadiləsi sistemini hazırladıq.
17 Dec 2020
"Pasha Blog"-un yaradılmasında məqsəd Pasha Holdinqin nəzdində fəaliyyət göstərən şirkət əməkdaşlarının maarifləndirilməsi, onları müxtəlif kateqoriya və mövzular üzrə postlar hazırlayaraq platformaya yerləşdirilməsini təmin etməkdir. Platforma daxilində "Pasha Blog" və əməkdaşlar haqqında ümumi məlumat verilmiş, 8 və ya daha artıq kateqoriya üzrə istifadəçilərin yazdığı postlarla tanış olma imkanı, postların kateqoriya üzrə bölünməsi, yazılmış postları bəyənmək, şərh bildirmək, e-poçt vasitəsilə həmin postları paylaşmaq və düzəliş etmək imkanı yaradılmışdır.