Qala Sığorta
2025-ci ildən əməkdaşlıq etdiyimiz Qala Sığorta şirkəti Azərbaycanda fəaliyyət göstərən aparıcı sığorta şirkətlərindən biridir və həm fərdi, həm də korporativ müştərilər üçün müxtəlif sığorta həlləri təqdim edir.
Safaroff Lab
məhsuludur
SAFAROFF AI
Öyrədilmiş Sİ bot ilə cavabı saniyələr içində alın
2025-ci ildən əməkdaşlıq etdiyimiz Qala Həyat Sığorta Şirkəti müştərilər üçün həyat sığortası, yığım, investisiya və maliyyə təhlükəsizliyi həlləri təqdim edən sığorta şirkətidir. Şirkət müştərilərin gələcəyini qorumaq, maliyyə risklərini azaltmaq və uzunmüddətli etibarlı təminat yaratmaq istiqamətində fəaliyyət göstərir.
Qala Həyat üçün əsas məqsəd, istifadəçilərə həyat sığortası məhsullarını aydın şəkildə təqdim edən və müraciət prosesini sadə, sürətli və rahat edən rəqəmsal platforma yaratmaq idi. Platforma mobil yönümlü qurularaq, brend dəyərlərinə uyğun, etibarlılıq və şəffaflığı ön plana çıxaran struktur əsasında formalaşdırılıb.
Auditoriya və müraciət davranışları analiz edilərək, istifadəçinin məhsulla tanışlıqdan müraciətin tamamlanmasına qədər olan yolu optimallaşdırılıb. Məhsullar üçün aydın kateqoriya strukturu qurulub, müraciət formaları sadələşdirilib və mobil istifadə üstün tutularaq brend standartlarına uyğun UX/UI dizayn hazırlanıb.
Görülən işlərdən sonra müraciətlərin tamamlanma səviyyəsi artıb, yarımçıq formaların sayı azalıb və mobil cihazlardan daxil olan istifadəçilərin aktivliyi yüksəlib. Sadə struktur və optimallaşdırılmış müraciət axını nəticəsində ümumi istifadəçi təcrübəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Görülən işlərdən sonra müraciətlərin tamamlanma səviyyəsi artıb, yarımçıq formaların sayı azalıb və mobil cihazlardan daxil olan istifadəçilərin aktivliyi yüksəlib. Sadə struktur və optimallaşdırılmış müraciət axını nəticəsində ümumi istifadəçi təcrübəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Qala Həyat Sığorta Şirkətinin layihəsinə başladığımız zaman, əsas məqsəd Azərbaycan bazarında ən etibarlı həyat sığorta platforması yaratmaq idi. Müştəri böyüyən rəqabətçi mühitdə sığorta məhsullarını daha sadə, anlaşıqlı və əlçatan şəkildə təqdim etmək istəyirdi. Araşdırmamız göstərdi ki, istifadəçilər sığorta saytlarında naviqasiya çətinliyi yaşayır, sığorta məhsullarının mürəkkəb terminologiyası onlara çətindir və mobil cihazda rəsmi məlumatların doldurulması onlar üçün əngəl idi.
Layihədə istifadəçilər üçün açıq suallara asan cavab tapmaları üçün kiçik həllər təqdim etdik. İstifadəçilər sadə bir neçə parametr daxil etməklə onlara ayrılacaq sığorta məbləğini və aylıq ödənişləri görə bilirlər.
Hazırlanan dizayn konsepti istifadəçidə etibar, təhlükəsizlik və peşəkarlıq hissi yaratmağa fokuslanıb. Platformanın strukturu mürəkkəb sığorta məhsullarını daha sadə və anlaşılan şəkildə təqdim edir, istifadəçini qərar verməyə yönləndirən rahat bir təcrübə yaradır. Vizual yanaşmada müasir interfeys elementləri, aydın informasiya iyerarxiyası və emosional kommunikasiya ön plana çıxarılıb.
Saytın strukturu və istifadəçi axını potensial müştərini daha sürətli qərar verməyə yönləndirərək xidmətlərin satış potensialını artırır. Aydın CTA elementləri, məhsul təqdimatı və etibar yaradan vizual yanaşma istifadəçilərin platforma ilə daha rahat əlaqə qurmasına şərait yaradır. Rəqəmsal təcrübənin sadələşdirilməsi nəticəsində müraciət və xidmət əldə etmə prosesi daha sürətli, intuitiv və konversiyaya yönəlik şəkildə formalaşdırılıb.
2025-ci ildən əməkdaşlıq etdiyimiz Qala Sığorta şirkəti Azərbaycanda fəaliyyət göstərən aparıcı sığorta şirkətlərindən biridir və həm fərdi, həm də korporativ müştərilər üçün müxtəlif sığorta həlləri təqdim edir.
Baku Airport — Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi uçuş izləmə xidmətidir. Tətbiq real vaxt rejimində gəliş və gediş cədvəllərini izləməyə, reys statuslarını yoxlamağa və dəyişikliklər barədə bildirişlər almağa imkan verir.
2012-ci ildə əməkdaşlıq etdiyimiz Silk Way Bank, Azərbaycanda fərdi və korporativ bank xidmətləri göstərən maliyyə qurumudur. Tarixi AZAL Bank və Silk Way brendi ilə bağlı olan bank 2018-ci ildən fəaliyyətini Premium Bank adı altında davam etdirir.