Azerlotereya
“Azerlotereya” Azərbaycanda dövlət lotereyalarının və idman mərc oyunlarının rəsmi təşkilatçısıdır. Şirkət istifadəçilərə şəffaf, təhlükəsiz və məsuliyyətli oyun mühiti təqdim edən müasir rəqəmsal əyləncə platformasıdır.
Safaroff Lab
məhsuludur
SAFAROFF AI
Öyrədilmiş Sİ bot ilə cavabı saniyələr içində alın
Açıq məkanda reklamların idarə edilməsi və monitorinq sistemi, markaların görünürlüğünü artırmaq və müştəri əlaqələrini gücləndirmək üçün müasir bir yanaşmadır. Reklamların effektiv idarə olunması, müştəri davranışlarını anlamaq və bazar tələblərinə uyğunlaşmaq üçün vacibdir. Bu sistem, reklam kampaniyalarınızı izləməyə və optimallaşdırmağa kömək edir.
Bu platforma çöl reklam kampaniyalarının planlanması, idarə olunması və effektivliyinin ölçülməsi üçün hazırlanmış vahid idarəetmə sistemidir. Xəritə əsaslı vizuallaşdırma və rol-əsaslı funksiyalar vasitəsilə reklam məlumatlarını strukturlaşdırır və qərarvermə prosesini daha sürətli və dəqiq edir.
Layihə çərçivəsində müştəri, agentlik, işçi və satıcı rolları üçün çoxsəviyyəli rol-əsaslı idarəetmə modeli dizayn edildi. Xəritə üzərindən reklam yerlərinin idarəsi, kampaniyaların spotlar üzrə paylanması və hesabatların mərkəzləşdirilmiş izlənməsi üçün çevik və funksional admin panel quruldu.
Nəticədə sistem marketinq proseslərini optimallaşdıran, hesabat hazırlığını sürətləndirən və çöl reklam kampaniyalarının monitorinqini sadələşdirən funksional bir platforma kimi formalaşdı. Həll uzunmüddətli istifadə və gələcək mobil tətbiq üçün uyğun, genişlənə bilən UX arxitektura üzərində quruldu.

Filtrlər və cədvəl strukturları istifadəçilərə kampaniyaları sürətlə analiz etməyə imkan verdi, kompleks məlumatlar isə mərhələli və məntiqi axınla təqdim olundu. Panel həm əməliyyat, həm də analitik istifadə ssenarilərini balanslı şəkildə dəstəkləyəcək formada dizayn edildi.
UX dizayn zamanı əsas fokus istifadəçi rollarına uyğun sadə və aydın naviqasiya qurmaq oldu. Xəritə əsaslı interfeys reklam yerlərinin yerləşimini və əhatə dairəsini vizual olaraq anlamağı asanlaşdırdı.
“Azerlotereya” Azərbaycanda dövlət lotereyalarının və idman mərc oyunlarının rəsmi təşkilatçısıdır. Şirkət istifadəçilərə şəffaf, təhlükəsiz və məsuliyyətli oyun mühiti təqdim edən müasir rəqəmsal əyləncə platformasıdır.
2023-cü ildə Dövlət Vergi Xidməti ilə birlikdə hazırlamağa başladığımız layihə Azərbaycan Respublikasının vergi orqanı tərəfindən vergi ödəyiciləri və həmçinin vətəndaşlar üçün təqdim olunan rəqəmsal vergi ödənişlərini idarə etmək üçün mobil əlavədir.
FOMO Baku Bakının ən texnoloji gecə klublarından biridir və dünya səviyyəli DJ-ləri, möhtəşəm işıq şoularını və premium nightlife atmosferini bir araya gətirir. Klub elektron musiqi sevərlərə unudulmaz tədbirlər və fərqli əyləncə təcrübəsi təqdim edir.