Dövlət sektoru ilə işləmək: bildiklərimiz və səhv bildiklərimiz
Son bir neçə il ərzində biz, dövlətlə işləməyi bacaran insanlar imicini qazanmışıq. Hazırda biz bir çox nazirliklə uğurla işləyirik. Əgər bu mövzuda tez-tez verilən suallara qısaca nəzər salarsaq, o zaman görərik ki, biz heç bir əlaqədən istifadə etmirik, bizim dövlət strukturlarında lobbimiz, qohumlarımız, tərəfdaşlarımız və hətta yaxşı tanışlarımız yoxdur. Bizim qalın yazı kitabçamız yoxdur, xüsusən də işgüzar nüfuza zərər vura biləcək şəxslərlə işləmirik. 16 ildən çox qurduğumuzu məhv etmək qorxusu asan qazanc arzusundan daha güclüdür. Zənnimcə, bizim mütəmadi olaraq ölkənin əsas rəqəmsal layihələrində iştirak etməyimizin sirri buna söykənir ki, biz, nazirlik və dövlət şirkətləri üçün səciyyəvi olan proseslərin və prosedurların sərt şəraitində hi-end nəticələrə nail olmağı öyrənmişik.
Dövlətə işləyən adamlar bizim və sizin ümumi pullarımızdan istifadə edirlər və yayılmış fikirə rəğmən, bunun nəticəsində proseslərə böyük məhdudiyyətlər yaranır. İlk növbədə kommersiya sifarişçilərini maraqlandıran layihənin mahiyyəti üzrə işlə yanaşı, məmurlar üçün ikinci iş, yəni, görülmüş işlər barədə hesabat çox vacibdir. Hesabatı, müqavilənin yerinə yetirildiyi ilk gündən başlayaraq dəqiq toplayaraq, hərəkətlərinizi sənədləşdirməli, bütün zəruri terminləri hüquqi dilə dəqiq tərcümə etməlisiniz. Bu işdə layihə rəhbərlərinin təcrübəsi, onların gündəlik iş mədəniyyəti və, terminə görə üzr istəyirəm, “Bürokratik gigiyena” çox vacibdir. Menecer yaradıcı bir qarışıqlıqda işləyirsə, layihə təhlükə altına düşə bilər. Zahirən, təbii ki, axşam teleproqramları ilə formalaşdırılmış dövlət obrazı və real həyatda görüşənlər – bunlar kəsişməyən iki kainatdır. Lakin biz, yeni işçilərdə və ya kommersiya müştərilərində tez-tez belə bir fikirlə qarşılaşırıq: “Məmurlarla işləmək – “hər şey aydındır”.
“Biz bu layihənin insanların həyatını yaxşılaşdırmağa necə kömək edəcəyini anlayırıqmı?” – əsas sual budur, və əslində bu sualın cavabı, bizdə sıçrayış nəticənin olub-olmadığını müəyyən edir. Hər bir layihəmizdə biz ağlımızda, tutumlu, aydın və dəqiq tarix formatında məhz əsas məsələni tuturuq. “Biz texniki cəhətdən hazırlığı olmayan insanlara dövlət xidmətləri haqqında informasiya əldə etməyə kömək edəcəyik” (“ASAN”); “Biz, ödəniş saytını və əhalinin bütün təbəqələri üçün müraciətdə mümkün olacaq proqramı işə sala, onlara müxtəlif xidmətlərin ödənilməsinə kömək edə bilərik” (“ASANPAY, HOP”); “Biz, bizneslərə reklam yerləşdirilmək üçün icazələri tez və effektiv şəkildə əldə etməyə kömək edəcəyik” (“ADRA”); “Bizim sistemimiz istehsalçılara qanuni fəaliyyət üçün lazımi icazələrin alınmasına kömək edir” (AZAK). İnsanları və onların hallarını layihənin diqqət mərkəzində yerləşdirdiyiniz zaman dərhal strukturlaşdırılır.
Bizim təcrübəmiz göstərir ki, son illər nazirliklərdə gənc və çox savadlı, ideoloji cəhətdən zəngin insanların yeni nəsli yaranıb, dövlət getdikcə daha da rəqəmsallaşdıqca isə oraya yalnız biznesdən olan insanlar yox, ən yüksək səriştəli şirkətlərdən olan insanlar da gəlirlər. Bəli, həqiqətən, arxaik prosedurlar və qaydalar hələ çoxdur, lakin hazırda dövlət təkcə kadr baxımından deyil, həm də yanaşma və proseslər baxımından cavanlaşır. “Ciddi şəkildə TT (texniki tapşırıq) üzrə işləyirik” biznes yanaşması dövlət sifarişçiləri ilə işə yaramır. Əgər siz layihə komandasındasınızsa, o zaman deməkdir ki, bütün iştirakçılarla birlikdə müvəqqəti olaraq çəkici bir zindana vurursunuz və bəzən “ictimai yük” adlandırılan mexanizmin bir hissəsi olmusunuz. İctimai yük, layihə üzərində işin gedişində peyda olan mikro-məsələlərdir, lakin onlar, ayrı-ayrılıqda büdcə üçün olduqca əhəmiyyətsizdir.
Məsələ burasındadır ki, hamı dövlət layihəsi üçün texniki tapşırığa o qədər də ciddi yanaşmır. Bu, iş şəraitndən tutmuş hesabat formaları ilə bitən layihənin bütün məntiqini müəyyən bir sərt çərçivədir. Çox təəssüf ki, layihə tapşırıqlarının hazırlanması mərhələsində sahə mütəxəssisləri ilə məsləhətləşmələr hələ də çox nadir hallarda aparılır.
Nə etməli? Hər zaman əvvəlcədən peşəkarlarla sıx məsləhətləşmək lazımdır. Daha yaxşı olardı ki, layihənin tapşırığı və ya ideyası dərhal ortaya çıxandan sonra olsun. Gücünüzü əsirgəməyin. Təcrübə göstərir ki, keyfiyyətli texniki tapşırıq üçün sərf olunan vaxt, sakit və dəqiq bir layihə işi ilə ödənilir.
Və ən başlıcası, yalnız bu yanaşma ilə bürokratik mexanizmlər üçün deyil, insanlar üçün layihələr hazırlamaq mümkündür. Biz bunun üçün çalışmırıqmı?