Bakı, Vladislav Plotnikov küçəsi 14

agency@safaroff.com

(+994 55) 505 51 10

Milyardlarla dollar gətirən dizayn: dizayn yönümlü brendlərin uğur hekayəsi.

Brend-ekosistemlərin inkişafı yeni əməkdaşlıqlara və birgə yaradıcılıq prosesinə yeni bir həyat gətirdi. Artıq dizayn biznes tapşırıqlarının həlli zamanı ikinci dərəcəli və vacib olmayan bir element deyil, onun ayrılmaz bir hissəsinə çevrildi. Gündəlik həyatımızda da müxtəlif dizayn nümunələri ilə həmişəkindən daha çox təmas qurmağa başlamışıq. Texnologiyaların geniş yayılması nəticəsində istifadəçi interfeysi (UX) və istifadəçi interfeysinin dizaynı (UI) təqdim edilən məhsulun müvəffəqiyyətini və istifadəçi təcrübəsini müəyyən edən əsas faktora çevrildi. 

 

Rəqəmsallaşma nəticəsində şirkətlərin əksəriyyəti bu və ya digər şəkildə artıq internetdə mövcuddur. İstifadəçilərin isə internetdə şirkət ilə ilk təması ya vebsayt, ya da sosial şəbəkələr üzərindən qurulur. Məhz bu səbəbdən istifadəçi üçün yaxşı təəssürat yaratmaq çox önəmlidir. Bəs bunu necə etməli? Dizayn ilə! Məsələn, İT-startaplar möhtəşəm dizayn olmadan öz inkişaflarını heç təsəvvür belə etmirlər. Araşdırmalar göstərir ki, mobil texnologiyalara keçid texnoloji şirkətlər üçün dizaynı daha qiymətli etdi.

 

Apple və dizayn.

 

Misal olaraq Apple-dan danışa bilərik: bir zamanlar Silikon Vadisinə xidmət ilə fəaliyyətə başlayan şirkət bu gün dünyanın qadcet bazarını birdəfəlik və köklü şəkildə çevirməyə nail oldu. Apple brendinin gücü heç də şirkətin böyüklüyü və ya əməkdaşlarının sayında deyil. Uğurun sirri - dizayn orientasiyası və innovasiyalardadır. 

Hər brendin unikal və individual dəyəri var. Bu o dəyərdir ki, müştərilər ona görə pul ödəyir. Bu gün müştərilər çox nadir hallarda birbaşa məhsulun funksiyasına görə pul ödəyir. Apple hər zaman ən kiçik detalları belə təkmilləşdirməklə ideal keyfiyyətini saxlamağa çalışır. Onları heç vaxt orta səviyyəli iş qane etmir, komanda həmişə mümkün olan ən yaxşı məhsulu təqdim etmək üçün yeni yanaşmalar axtarışındadır. 

 

Apple-ın uğuru yaratdığı dizayn sistemi ilə bağlıdır. Onlar bu dizaynın köməkliyi ilə elə mükəmməl istifadəçi interfeysi yaratdılar ki, müştərilər ilk təmasdan şirkətin pərəstişkarına, Apple fəlsəfəsi isə bir kulta çevrilə bildi. 

Bir şeyi də nəzərə almalıyıq ki, dizayn sadəcə cəlbedici qablaşdırmadan ibarət deyil (hərçənd Apple qablaşdırmaya da digərlərindən çox diqqət ayırır). Dizayn bir düşüncə və istifadəçilərinin problemlərinin həlli tərzidir.

 

McKinsey araşdırmalardan sonra məlum etdi ki, dizayn şirkətlərə gəlirlərini artırmağa kömək edir. Bunun səbəbi isə dizaynın şirkətin biznesdə və marketinqdə bir sıra göstəricilərinə etdiyi pozitiv təsir ilə bağlıdır. 

Yaxşı dizayn brendin tanınmasını və auditoriyanın loyallığını artırır, rəqiblərdən fərqləndirir. Demək olar ki, heç bir əfsanəvi brend və ya məhsulu orta səviyyəli bir dizaynla görməmişik. Bu isə dizayna investisiya etmək üçün əsas arqumentdir, beləcə biznes həm gəlir, həm də dayanıqlı reputasiya qazanır. 

 

Dizaynın sadəliyi, rahatlığı, intuitivliyi və “görünməzliyi” çox vaxt həlledici rol oynayır. Bu reallığı artıq yerli bazarda da müşahidə edirik. UI və UX-in bir-birindən təsəvvür belə etməyən, düşünən və zamana ayaqlaşan mütəxəssislərə tələb günü-gündən artmaqdadır. Əlbəttə, məhsula bu şəkildə düşünülmüş yanaşmanın mütləq üstünlükləri var və bu nəticə olaraq özünü dizayn-yönümlü insanlarda artan gəlir olaraq  göstərir. 

 

Digər bloglar